Yüngül qəza zamanı tıxac yaradıb sığortanı gözləmək lazımdırmı? - VİDEO

Öyrənək 21 May 2019 12:04 Oxunub 3612
Yüngül qəza zamanı tıxac yaradıb sığortanı gözləmək lazımdırmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Yolda tıxac yaratmaq olmaz"

Xəyal Məmmədxanlı: "Öz aralarında protokol imzalayıb gedə bilərlər"

İki avtomobil yüngül toqquşur. Zərər böyük deyil. Amma sürücülər yolun ortasında dayanıb sığorta və yol polisini gözləyirlər. Ərazidə də böyük tıxac yaranır. Bu günlərdə Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı da analoji hal ilə qarşılaşıb. Belə ki, Həsən Əliyev küçəsindəki ASAN xidmətin qarşısında iki maşın yüngül xəsarət alıb. Amma küçənin ortasında dayanıb tıxac yaradıblar. “Heç 50 manatlıq xərc ola-olmaya. Amma dayanıb tıxac yaradırlar. Həmin ərazi onsuz da normal vaxtlarda tıxac olur. Bir tərəfdən də iki maşın dayansa vəziyyət acınacaqlı duruma düşür. Təbii ki, iradımı bildirdim. Amma elə bil insanların psixologiyasında qalıb ki, mütləq sığorta hadisə yerinə gəlməlidir.”

Bəs əslində necə olmalıdır?

Sığorta məsələləri üzrə mütəxəssis Xəyal Məmmədxanlı Avtosfer.az-a bildirib ki, icbari sığorta zamanı 1000 manata qədər ziyan olarsa, hər iki tərəfin icbari sığortası varsa, bədən xəsarəti alan olmayıbsa və qəzada kimin təqsirkar olmasında dair mübahisə yoxdursa xüsusi protokol forması (Burdan yüklə) var ki, onu öz aralarında doldurub imzalayırlar və gedirlər. Həmin sənədi də 3 gün ərzində təqsirkar tərəfin icbari sığortasını yazan sığorta şirkətinə təqdim edirlər.

"Yaxud hadisənin baş vermə anını əks etdirən fotoları çəkib avtomobili yolun kənarında saxlaya və sığorta şirkətinin əməkdaşını gözləyə bilərlər. Hətta gözləməyib getmək də olar. Amma İXM-nə görə Yol polisinə mütləq məlumat verilməlidir.”

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Maarif 21 May 2019 13:20
Bakıda qeydiyatdayam adımda olan bakınömrəsi olan maşınmı Novxanı kəndində yaşayan nəvəmə alqı satqı yolu ilə Sumqayıtda həyata kecməlidi.Bu halda Bakı nömrəsini saxlamaq mümkündürmü qanun çərçivəsində
Maarif 21 May 2019 13:19
Bakıda qeydiyatdayam adımda olan bakınömrəsi olan maşınmı Novxanı kəndində yaşayan nəvəmə alqı satqı yolu ilə Sumqayıtda həyata kecməlidi.Bu halda Bakı nömrəsini saxlamaq mümkündürmü qanun çərçivəsində