Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB

Gündəm 21 May 2019 14:27 Oxunub 891
Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çökmə hadisəsi kiçik hissədə olsa da, zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb

Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb. Bu barədə Kommersant.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqədar qurumlar məlumatlandırılıb və onların iştirakı ilə əraziyə baxış keçirilib: "Əraziyə baxış keçirilərkən məlum olub ki, çökmə hadisəsi kiçik hissədə olsa da, həmin zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb. Mayın 22-də həmin ərazi qazılacaq və çökmə hadisəsinin nədən baş verdiyi müəyyən ediləcək. Çökmə hadisəsi hansı xəttdə baş verən nasazlıqdan yaranıbsa, ərazi həmin xəttə cavabdeh olan qurum tərəfindən bərpa ediləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh