Piyadanı vurub öldürən sürücüyə 6 il iş verildi

Gündəm 21 May 2019 15:53 Oxunub 656
Piyadanı vurub öldürən sürücüyə 6 il iş verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Həmzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub. Xatırladaq ki, hadisə ötən il martın 19-u saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh