Tikintisi gedən metro stansiyasına silahlı basqın: 500 kilo mis kabel oğurlandı

Gündəm 21 May 2019 16:29 Oxunub 1257
Tikintisi gedən metro stansiyasına silahlı basqın: 500 kilo mis kabel oğurlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis şübhəli 5 nəfərin axtarışlarına başlayıb

İstanbulda Kabadaş-Mahmudbəy metro stansiyasının tikinti sahəsindən 500 kiloqram ağırlığında mis kabel oğurlanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident mayın 21-i səhər saatlarında Eyubsultan rayonunun Çırçır məhəlləsində baş verib.

İddiaya görə, silahlı 5 nəfər sözügedən metro stansiyasının inşaatında işlədiklərini deyərək gəldikləri nəqliyyat vasitəsi ilə tikinti sahəsinə daxil olublar.

Şübhəlilərdən biri təhlükəsizlik işçisinə silahla hədə-qorxu gələrək onu qorxudub. Qalanları isə 500 kiloqram ağırlığında olan mis kabeli gəldikləri avtomobilin yük yerinə yükləyərək aradan çıxıblar. Təhlükəsizlik işçisi vəziyyəti dərhal polisə bildirib.

Polis şübhəli 5 nəfərin axtarışlarına başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh