Polis müğənni Kərimn döyülməsi ilə bağlı təhqiqata başlayıb

Gündəm 21 May 2019 17:57 Oxunub 1070
Polis müğənni Kərimn döyülməsi ilə bağlı təhqiqata başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müğənni Kərim Abbasovun döyülməsi barədə xəbərlərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, İdarənin sözçüsü, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır. K.Abbasovu döydüyü deyilən Elvin Ramazanov müəyyən olunaraq idarəyə dəvət olunub və onun izahatı alınıb. E.Hacıyev əlavə edib ki, E.Ramazanov polis əməkdaşı deyil: "Onun polis olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh