Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO
Qəzalar
21 May 2019 19:06
Oxunub 1199
“Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya aparılıb
Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub. Avtosfer.az xəbər verir ki, şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb. Belə ki, 90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib. Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR