Azərbaycanda yeni minik vasitəsi- FOTO

Maraqlı 1 Aprel 2015 17:05 Oxunub 2638
Azərbaycanda yeni minik vasitəsi- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedlə 200 kq. yük daşımaq mümkündür

Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, bir ay əvvəl Göytəpə küçələrində şütüyən yeni minik vasitəsini görənlər əməlli-başlı təəccübləniblər. Adi velospied hissələrindən quraşdırılmış qoşqulu minik vasitəsinin çəkisi 40 kiloqramdır. Bu velosipedlə 200 kq. yük daşımaq mümkündür. Bəhruz Hüseynov deyir ki, əvvəllər dükan-bazardan alış-veriş edərkən evə aparmaqda çətinlik çəkirmiş. Məhz bu səbəbdən sözügedən velosipedi düzəltmək qərarına gəlib. Velosipedin əsas özəlliyi isə avtomobillərin hərəkət edə bilmədiyi yerlərdə yükü daşıya bilməsidir. Elə buna görə də qəsəbə sakinləri də bu xidmətdən yararlanır. Bəhruz Hüseynov da bir aya yaxındır ki, 200 manata başa gələn bu velosipedi ilə ailəsinə çörəkpulu qazanır.

Bu yükdaşıma vasitəsinin əsas üstünlüyü də onun yanacaqsız işləməsi və beləliklə, işin daha ucuz başa gəlməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh