Cavid Qurbanov: "Bakı-Qəbələ qatarı gələn ilin yayında istifadəyə veriləcək"

Gündəm 22 May 2019 11:01 Oxunub 728
Cavid Qurbanov: "Bakı-Qəbələ qatarı gələn ilin yayında istifadəyə veriləcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib”

"Gələn ilin yay aylarından sərnişinlər Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklər". “Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində deyib. “Artıq Ləki stansiyasında başlayaraq 45 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işləri tam başa çatdırılacaq. Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq. Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edə biləcəklər”, - C.Qurbanov vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh