Avtomobildən siqaret və spirtli içkilər aşkar edilib - FOTO

Gündəm 22 May 2019 11:42 Oxunub 595
Avtomobildən siqaret və spirtli içkilər aşkar edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4 000 ədəd "King" markalı siqaret aşkar olunub.

Bundan başqa, həmin şöbəyə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2106" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd "Marlboro" markalı siqaret, 6 ədəd 1 litrlik "Grey Goose" və 2 ədəd 1 litrlik "Chivas Regal" markalı spirtli içkilər aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh