"Azərbaycana əlavə olaraq 50 sərnişin, 4000-ə yaxın yük qatarı lazımdır"

Gündəm 22 May 2019 11:54 Oxunub 848
"Azərbaycana əlavə olaraq 50 sərnişin, 4000-ə yaxın yük qatarı lazımdır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cavid Qurbanov: “Ölkə başçısını dəstəyi ilə 3100 yük vaqonu alınıb”

"Azərbaycana əlavə olaraq 50 sərnişin, 4000-ə yaxın yük qatarı alınması lazımdır". Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib. "Dörd il öncə bu vəzifəyə təyin olunanda vaqon parkında 21 minə yaxın vaqon parkı var idi. Bu vaqonların təyinatlarına görə istismarı 20-30 il arası dəyişir. Bu sahədə heç bir iş görülməmişdi. Acınacaqlı vəziyyət bu idi ki, əgər biz həmin hərəkət heyətini saxlasaydıq bu ilin sonuna bizim istismarı mümkün ola bilən 250 vaqonumuz qala bilərdi”, - C.Qurbanov vurğulayıb.

Onun sözlərinə görə, ölkə başçısını dəstəyi ilə 3100 yük vaqonu alınıb. "Daha sonra “Stadler” şirkətindən 4 vaqondan ibarət 7 qatar almışıq, 2-si də bu il alınacaq. Əlavə bu il 3 qatar sifariş verəcəyik. Bundan başqa, hələ 12 qatarın da alışı nəzərdə tutulub. Əlavə olaraq bizə 50 sərnişin, 4000-ə yaxın yük qatarı lazımdır", - QSC-nin sədri bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh