Yerevanda avtomobil çaya düşdü: 1 ölü, 1 yaralı

Qəzalar 22 May 2019 12:30 Oxunub 767
Yerevanda avtomobil çaya düşdü: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı barədə məlumat verilməyib

Ermənistanın paytaxtı Yerevan şəhərində “BMW” markalı avtomobilin Davidaşen körpüsünün altında Razdan çayına düşməsi nəticəsində polis əməkdaşı ölüb, bir nəfər də yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, xilasedicilər avtomobilin sürücüsü və sərnişinini yaralı vəziyyətdə çaydan çıxarıblar.  Ancaq 1989-cu ildə anadan olmuş A.Vardanyan adlı sürücü xəstəxanada ölüb. Onun Yerevan Şəhər Polis İdarəsi Maştosk rayon bölməsinin cinayət axtarışı şöbəsində baş əməliyyat müvəkkili işləyib.

Yaralı barədə məlumat verilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh