Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır

Yazarlar 22 May 2019 15:23 Oxunub 2337
Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Həmin adların dəyişdirilməsi ilə əlaqədar xüsusi qurumlar, aidiyyəti orqanlar var”

“Sovet dövründən qalan küçə adlarının hələ də dəyişdirilməməsi laqeyd münasibətin nəticəsidir”. Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycanda saxlanılan Sovet ideologiyasına xas küçə adları haqqında danışarkən Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, deputat Fəzail İbrahimli söyləyib. Onun fikrincə, heç kim o adların saxlanması haqqında xüsusi canfəşanlıq etməz: “Həmin adların dəyişdirilməsi ilə əlaqədar xüsusi qurumlar, aidiyyəti orqanlar var. Mətbuatda yazıb, müraciət edib, məsələni qaldırmaqla həmin qurumları hərəkətə keçirmək olar. Səs-küylü dövrlərdə bəzi küçə adları dəyişdirildi, qalanlara isə yenidən qayıdılmadı. Düşünürəm ki, bu məsələni gündəmə gətirməyiniz həllinə rəvac verə bilər”.

Paytaxt küçələrinin “Qazilər”, “Şəhidlər”, “Milli Qəhrəmanlar” adlandırılması təklifinə gəlincə, deputat Türkiyə təcrübəsində mövcud olan bu məqamın ölkəmizdə tətbiqinin lehinə deyil: “Biz Türkiyədə nə varsa, ölkəmizə gətirə bilmərik ki?! Bizdə olan məqamların da çoxu Türkiyədə yoxdur. Məsələn, bir küçəyə “Qazilər”, yaxud “Şəhidlər” adı verildi. Belə çıxır ki, həmin küçədə çox sayda qazi və ya şəhid var. Bu qeyri-müəyyənlikdir, tərəfdarı deyiləm.

Dünyada belə təcrübə yoxdur ki, bütün şəhidlərin, qazilərin, qəhrəmanların, yaxud yazıçı, şair, dramaturqların, ziyalıların adına küçə verilsin. Daha çox xidmətləri olan şəxslərin adları əbədiləşdirilir. Şəhidlərimizin isə hamısının vətən yolunda xidmətləri böyükdür. Amma bir küçə və ya prospekti ümumi “Şəhidlər” adlandırmaq, məncə, düzgün deyil”.

Qeyd edək ki, paytaxt Bakıda sovet dövründən bəri hələ də saxlanan küçə adlarının bir qismini Mərkəzi Seçki Komissiyasının saytında tapmaq olar. Məsələn, Binəqədi rayonunda “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci – 15-ci sıra küçələri”, “Vorovski”,  “Xutor”, Yasamal rayonu ərazisində “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” kimi küçələr, habelə “İnşaatçılar” prospekti sovet dövründə verilən adlarını hələ də saxlayır.

Bundan başqa, Xəzər rayonunda da sovetdənqalma küçə adları rəsmi sənədlərdə saxlanılıb. Rayon ərazisində “Kolxoz”, “Əncirli”, “Pioner”, “Zulkayday Zulkaydayev”, “Maligin”, “Lev Starşik”, “Kooperativ”, “Komsomol”, “Qədəmgah”, “2-ci Beynəlmiləl”, “Zavod”, “V.Seryogin”, “UPD” kimi küçə adları var. Bu siyahıya Qala qəsəbəsinin “Voxr”, “Sovxoz”  küçələrini də əlavə edə bilərik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh