Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... FOTO

Gündəm 22 May 2019 15:33 Oxunub 7393
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar yas mərasiminə gedərkən kameraların hədəfinə tuş gəliblər

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər. Avtosfer.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla "Heydər Məscidi”nə hüzr mərasiminə təşrif buyurarkən kameraların hədəfinə tuş gəliblər.
Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da "Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh