“Sədərək”də içərisində 47 min pul olan torbanı alıb qaçdılar - FOTO

Gündəm 22 May 2019 16:36 Oxunub 1487
“Sədərək”də içərisində 47 min pul olan torbanı alıb qaçdılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb

Bakıda soyğunçuluq olub. ONA-nın məlumatına görə, hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Masallı rayon sakini, 1957-ci il təvəllüdlü İsrafilov Nadir İsrafil oğlu mayın 20-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:30 radələrində ticarət mərkəzində bir nəfər naməlum şəxsin içərisində 7700 dollar, 34581 AZN olmaqla ümumilikdə 47671 manat pul olan sellofan torbanı əlindən alaraq qaçdığını bildirib. Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.

Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb.

ONA hadisəni törədən şəxsin təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.

Fotodakı şəxsi tanıyanlardan 0556172303, 0556567494 və 0557684123 nömrələrinə məlumat vermələri xahiş olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh