Bakıda Türkiyə vətəndaşını avtomobillə vurub öldürən şəxsin istintaqı başa çatıb

Gündəm 22 May 2019 20:09 Oxunub 814
Bakıda Türkiyə vətəndaşını avtomobillə vurub öldürən şəxsin istintaqı başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin İbrahimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il marıtn 7-də gecə saatlarında Bakının Babək prospektində baş verib. "Nissan X-trail" markalı, 90 SE 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü E.İbrahimzadə yolu keçmək istəyən 1982-cü il təvəllüdlü Türkiyə vətəndaşı Serkan Kırması vurub. Nəticədə piyada yerindəcə dünyasını dəyişib. Xatırladaq ki, qəza baş verdiyi yerdən 30 metr yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin olmasına baxmayaraq, piyada ondan istifadə etməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh