Bəzi marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik ediləcək

Gündəm 22 May 2019 20:22 Oxunub 823
Bəzi marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq

Bakıda 23.05.2019 tarixindən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh