Prezident məmurların və narkobaronların maşınlarını, villalarını satacaq

Gündəm 22 May 2019 20:56 Oxunub 1814
Prezident məmurların və narkobaronların maşınlarını, villalarını satacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satışa çıxarılacaq 82 avtomobilin toplam ilkin qiyməti 15 milyon dollardır

Bazar günü Meksikanın paytaxı Mexikoda dünyanın ilk “antikorrupsiya” hərracı keçiriləcək. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Meksika prezidenti Andres Manuel Lopes Obradorun “Los-Pinos”dakı malikanəsində təşkil olunacaq “Robin Qud” adlı hərracda 82 bahalı avtomobil və onlarla villa satışa çıxarılacaq. Avtomobillər Meksikada həbs olunmuş və ya axtarışda olan narkobaronlarla narkokartel liderlərinə, villalar isə rüşvətxorluq və korrupsiyaya görə həbs olunan, yaxud vəzifəsindən qovulan siyasətçilərlə məmurlara aid idi.

Hərrac prezident fərmanı ilə hökumətin nəzdində yaradılmış Antikorrupsiya Komissiyasının rüşvətxorluq və cinayətkarlıqla mübarizə proqramı çərçivəsində reallaşdırılacaq. “Çirkin pullarla alınmış villalar və avtomobillərin satışlarından əldə olunacaq pullarınn ictimai məkanlara, parklara, xəstəxanalara, yoxsul məhəllərdə inşa ediləcək infrastruktura çevrilməsini istəyirik”, – Obrador deyib. Satışa çıxarılacaq 82 avtomobilin toplam ilkin qiyməti 15 milyon dollardır.

Hərracın bilavasitə təşkilatçısı “Oğurlanmış Əmlakın Xalqa Qaytarılması İnstitutu” (Institute to Return Stolen Goods to the People) adlı yeni qurumdur.

Meksika prezidenti Andres Manuel Lopes Obradorun dediyinə görə, satışdan əldə olunacaq pullar ölkənin ən yoxsul bölgələrindən olan Oahaka ştatındakı iki bələdiyyəyə veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh