Svetoforda kobud qayda pozdular və ağır qəza – Bakıda - VİDEO

Avtoreyd 3 Aprel 2015 23:12 Oxunub 3410
Svetoforda kobud qayda pozdular və ağır qəza – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkisi qırmızı işıqdan keçir, birir isə soldan sağa təhlükəli manevr edərək ağır qəza törədir

Bakıda baş vermiş daha bir ağır yol qəzası Daxili İşlər Nazirdiyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kamerasında qeydə alınıb. Avtosfer.az-ın DİN-dən əldə etdiyi videodan aydın olur ki, kadrlarda qəzadan əvvəl iki avtomobilin svetoforun qırmızı işığndan keçdiyi də əks olunub. Həmin avtomobillər svetoforun qadağanedici işığında hərəkəti davam etdirdikdən sonra yaşıl işıq yanır. Bu zaman sağdan hərəkət edən ağ rəngli minik maşını düzünə getməyə çalışarkən sol zolaqda əks yola çıxaraq kobud qayda pozan, 3 avtomobilin qarşısından sağa dönməyə çalışan qara rəngli minik maşını ağır qəzaya səbəb olur. Hər iki nəqliyyat vasitəsi toqquşur. Ağ rəngli maşın səkiyə çıxıb dayanır.

Videoda görünən maraqlı daha bir maraqlı mənzərə budur ki, digər avtomobillər dayanar və qəzaya düşənlərə maraqla baxan insanların sayı artır. Bu zaman yolun tən ortasında maşın saxlayıb yolu bağlayanların hərəkətlərini başa düşmək çətindir. Sanki bir az irəlidə boş yerdə dayansalar ayaqları ağrıyacaq. Göründüyü kimi, qəzaya düşənlərə köməyə gələnlərdən çox tamaşaya yığışanlar yolu bağlayır.

Avtosfer.az həmin videonu təqdim edir.

 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh