Zarafat BMW-yə baha başa gəldi - VİDEO

Maraqlı 3 Aprel 2015 14:15 Oxunub 2860
Zarafat BMW-yə baha başa gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni avtomobilin buferinə isə “Zarafat deyil” yazılıb

Qəzetdə nəşr etdirdiyi 1 aprel zarafaı Yeni Zelandiyada fəaliyyət göstərən “Team McMillan” adlı “BMW” dilerinə baha başa gəlib. Avtosfer.az anspress-in istinadən məlumat verir ki, hər il qəzetdə 1 aprel zarafatı eləməyi ənənə halına gətirən diler firma səhər tezdən köhnə maşınını gətirən ilk şəxsə BMW-nin axırıncı modelini hədiyyə edəcəklərini elan edib. Elanı görən bir çox qəzet oxucusu bunun şit bir zarafat olduğunu başa düşsə də Tianna Marş oxuduqlarını ciddi qəbul edərək səhər saat 05.30-da 15 illik köhnə “NİSSAN” avtomobili ilə firmaya gedib. Şirkətin sahibi elandan xəbəri olmadığını desə də Marşın təkidi ilə qarşılaşıb. Nəhayət, Tianna Marşa son model “BMW” avtomobili verilib. Şirkət rəhbəri: “Heç kim xanım Marş qədər bu avtomobilə layiq olmamışdı”, – deyib. 

Yeni avtomobilin buferinə isə “Zarafat deyil” yazılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh