Bu prospekti qaşımağa başladılar - FOTO

Gündəm 4 Aprel 2015 18:12 Oxunub 1931
Bu prospekti qaşımağa başladılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq

Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin  Avtosfer.az-a verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzindən Böyükşora gəlmək mümkündür. Onun sözlərinə görə, Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.

P.Mürsəliyev əlavə edib ki, hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək, ümumiyyətlə təmirlə yanaşı geniş abadlıq işləri də aparılacaq. "Qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq", - deyə Pünhan Mürsəliyev bildirib.

 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh