“Sürücülük yalnız kişi işidir” fikri ilə razılaşmayan xanım - VİDEO

Maraqlı 6 Aprel 2015 14:00 Oxunub 2611
“Sürücülük yalnız kişi işidir” fikri ilə razılaşmayan xanım - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O illərdir təcili tibbi yardım maşınında sürücü kimi fəaliyyət göstərir

Sujetin qəhrəmanı Hülya Durmaz “sürücülük yalnız kişi işidir” fikri ilə qətiyyən razılaşmayan xanımlardandır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, illərdir təcili tibbi yardım maşınında sürücü kimi fəaliyyət göstərən və özünü başqa peşədə təsəvvür belə etməyən Hülya belə bir məsuliyyətli işdə işləməkdən xüsusi zövq alır.

Türkiyənin Bursa şəhərində yaşayan Hülya Durmazın 31 yaşı var. Kiçik yaşlarından avtomobil sürməyə həvəsi olan Hülya ailəsinin dəstəyi ilə bu bacarığını getdikcə daha da təkmilləşdirib. Daha sonra  yaxınlarının məsləhəti ilə təcili tibbi yardım maşınında sürücü kimi fəaliyyət göstərməyə başlayıb.

Çağırılan yerə uzağı 10 dəqiqəyə çatan Hülya sürətilə bir çox insanın həyatını da qurtarıb. İşindən narazı olmayan xanım işlədiyi müddətdə həmkarlarının da onun işindən razı olduğuna tam əmindir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh