Yoldan bir bağlama pul tapdı sonra isə… - VİDEO

Maraqlı 6 Aprel 2015 15:00 Oxunub 5194
Yoldan bir bağlama pul tapdı sonra isə… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ABŞ-ın Yutah ştatında baş verib

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yoldan tapdığı bir torba pulu sahibinə qaytardı. Maraqlı hadisə ABŞ-ın Yutah ştatında qeydə alınıb. İşə gedərkən yolda narıncı rəngdə içi dolu bağlama görən Den Kennedi, torbanın içində on minlərlə dolların olduğunu anlayanda, pulları mənimsəməyi ağlına belə gətirməyib.

Yolun ortasındakı bağlamanı görəndə, Kennedi əvvəl torbanın içində daş-kəsək olduğunu düşünüb. Torbanı yoldan çəkmək üçün avtomobildən enən Kennedi, bağlamanı dartanda torbanın kənarındakı yarıqdan  pulları görüb. Pul bağlamasının inkassatordan düşdüyünü ehtimal edən Kennedi, avtomobillə sürətlə irəli doğru hərəkət edib.  Qarşısına heç bir bank maşını çıxmadığından o, polisə zəng vurub.  Amma etiraf edir ki, bu əməli də heç ağlına gəlməzmiş.

Nəfsinə hakim olub, polisə zəng vuran Kennedi, torbadakı pullara əl vurmadan onu əlaqədar quruma təhvil verib. Pulların hamısının yerində olduğunu görən bank işçiləri Kennedi ilə əlaqə saxlayaraq ona bu mərdliyinə görə pul mükafatı vermək istədiklərini bildirib. Bankın bu amerikalıya nə qədər pul mükafatı verdiyi, Kennedinin bu mükafatı qəbul edib-etmədiyi isə açıqlanmır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh