Hələ belə hədiyyə görünməyib

Maraqlı 6 Aprel 2015 15:10 Oxunub 2146
Hələ belə hədiyyə görünməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçədən keçən gəncə 10 min avroluq hədiyyə

Belə hədiyyə nə eşidildi, nə də görüldü. Almaniyada eşidənləri heyrətə salan bir hal yaşanıb. 

Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, Baden-Vürttemberq əyalətində Lörrach şəhərində 21 yaşlı gənc həyatının hədiyyəsini alıb. Ona bu hədiyyəni verən isə küçədən keçən bir qadın olub. "Bild" qəzetinin məlumatına görə, gəncin qarşısına çıxan qadın "sizə öz maşınımı bağışlaya bilərəm?" deyə sual verib. 53 yaşlı hannoverli qadın xaricə getdiyini, həyatında yeni səhifə açmaq istədiyini deyib. 

"Volkswagen Polo" markalı maşınını gəncə bağışlayan qadın bütün sənədləri də ona təqdim edib. Əlində sənədlər və maşının açarı ilə heyrətə düşən gənc dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis qadını yoxlayıb onun ağlının başında olduğunu müəyyən edəndən sonra gəncə istəsə hədiyyəni qəbul edə biləcəyini deyib. 

Bundan sonra Florian adlı oğlan 10 min avro qiyməti olan hədiyyəni qəbul edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh