Bəxtəbəxt maşın sürən sürücülərimizə baxın; qəzalardan YENİ VİDEO

Avtoreyd 12 Aprel 2015 19:39 Oxunub 3808
Bəxtəbəxt maşın sürən sürücülərimizə baxın; qəzalardan YENİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda baş vermiş bu yol qəzaları sürücülərin kiçik səhvinin nəticəsidir

Avtosfer.az Bakıda baş vermiş bir neçə yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza görüntülərini təqdim etməkdə məqsəd odur ki, sürücülərə kiçik qayda pozuntularının böyük qəzalara səbəb olduğunu çatdıraq.

Bu kadrlara diqqət etdikdə görürük ki, yol hərəkəti qaydaları kiçik səhvləri də bağışlamır. Ən kiçik səhv ağır qəzaya səbəb olur. Odur ki, avtomobili kim necə istəyir o qaydada da sürməməlidir. Bir qayda var ki, o da qaydalara əməl etməkdir. Avtomobili döndərərkən, yerdəyişmə və digər hərəkətləri edərkən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.

Manevri kim edirsə, o da gözləməli və yol verməlidir. Öz yolu hərəkət edən sürücünün borcu deyil ki, yolun ortasında kefi istəyən hərəkəti edən sürücyə yol versin və ya öncəgörənlik edib hoqqabazlıq edən sürücünün nə etmək istədiyini əvvəlcədən öyrənsin. Hər kəs öz məsuliyyətini dərk etməlidir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh