Bakıda 150 sərxoş qadın sürücü saxlanıldı

Yol polisi 9 Aprel 2015 15:26 Oxunub 1723
Bakıda 150 sərxoş qadın sürücü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücülərdən cidd qanun pozuntularına görə bir neçəsi həbs edilib

Bu ilin əvvəlindən indiyə qədər 150 sürücü qadın sərxoş avtomobil idarə etdiyi üçün saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, keçirilən reydlər zamanı sərxoş sürücülər arasında qadınların da sayı artır. “İlin əvvəlindən bu günə qədər reydlər zamanı 150 sərxoş qadın sürücü müəyyən edilib. Çox təəssüflər olsun ki, həmin xanım sürücülər arasında ciddi qanun pozuntularına görə bir neçəsi də həbs edilib”, -deyə Vaqif Əsədov bildirib. Yol polisi bildirib ki, polis əməkdaşlarına qarşı kobudluq edən qadın sürücülərə də rast gəlinib. Onlar barəsində də hüquq müstəvisində tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh