280 min sürücü qaydaları pozub- 3 ayda

Yol polisi 9 Aprel 2015 23:41 Oxunub 1456
280 min sürücü qaydaları pozub- 3 ayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların bir qismi piyadaların yolun qadağan edilən hissələrindən keçməsi səbəbindən baş verir

Yanvarın 1-dən aprelin 7-dək paytaxtın küçə və prospektlərində 234 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 68 nəfər dünyasını dəyişib, 289 nəfər isə xəsarətlər alıb. Avtosfer.az-ın Azərtac-a istinadən məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, qəzaların 41 faizi sürət həddinin aşılması, 49 faizi piyadaların vurulması, 27 faizi isə manevretmə qaydalarının pozulması nəticəsində baş verib. Qəzaların qarşısını almaq məqsədilə idarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı müxtəlif dərəcəli qayda pozuntuları aşkarlanıb. Cari ilin üç ayı ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 280 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb olunub. Üç ayda paytaxtda keçirilən reydlər zamanı 4 min sərxoş sürücü aşkarlanıb və cərimələnib.

Qəzaların bir qismi piyadaların yolun qadağan edilən hissələrindən keçməsi səbəbindən baş verir. Bu məqsədlə son üç ayda piyadaların təhlükəsizliyi təmin etmək məqsədilə də mütəmadi reydlər keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh