İki qatarın arasında yol getdi, çox təhlükəli - VİDEO

Maraqlı 10 Aprel 2015 12:05 Oxunub 1703
İki qatarın arasında yol getdi, çox təhlükəli - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öz həyatını bu cür təhlükəyə atdı

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, izləyənləri dəhşətə gətirən bu görüntülər Türkiyədə lentə alınıb. Bir gəncin hərəkətdə olan tramvayın iki vaqonu arasında yol qət etməsi ətrafdakıların da diqqətini cəlb edib. Görüntülərdə gəncin iki vaqon arasında əyləşərək hərəkət etdiyi aydın əks olunur. Tramvay bir qədər sürətini artırdıqda isə o, vaqondan yapışaraq tarazlığını qorumağa çalışır. Gəncin bu ağlasığmaz davranışı sərnişin tərəfindən lentə alınıb. Heç bir təhlükəyə fikir vermədən yoluna davam edən gənc onu lentə alan sərnişinə “axşam xəbərlərdə izləyərsən özünü” cümləsinə gülümsəyərək “görüntünü mənə də göndərərsiniz” deyərək cavab verir. Qısa zamanda mediada geniş müzakirələrə səbəb olan görüntülər tamaşaçılarda fərqli təəssürat oyadıb. İzləyicilər bu gəncin hərəkətinin bacarıq olmadığını, sadəcə məsuliyyətsizlik olduğunu bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh