Arabadan yaxta düzəltdi- VİDEO

Maraqlı 10 Aprel 2015 15:22 Oxunub 1893
Arabadan yaxta düzəltdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Peter Sörstonun 80 yaşı var

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, dənizdə səyahətə çıxamaq üçün özəl yaxta almağa pulunuz  olmasa da olar, əsas odur ki, məqsədiniz və köhnə bir qoşqu arabanız olsun.

Böyük Britaniyada yaşlı bir təqaüdçü nəaliyyat vasitələrinə qoşulan yük arabasından  qeyri-adi yaxta  hazırlayıb. Doğrudur bu yaxta ilə dənizlərdə sürət yarışına qatılmaq olmaz, amma Peter Sörstonun qəribə yaxtasında doyunca dincəlmək olar.

Peter Sörstonun 80 yaşı var.  İş karyerasını çoxdan başa vuran bu britaniyalı üçün indi geriyə həyatının sonunadək istirahət etmək qalıb. Bunun üçün tənbəllik etməyən Peter, səyahət arabasından düzəltdiyi qayığının içini də ev əşyaları ilə bəzəyib. Bu yaxtada yataq dəsti, stol-stul dəsti ilə yanaşı, hamam və tualet də var. Yaxtanın  mühərrriki bu qeyri-adi nəqliyyat vasitəsini dənizin uzaq nöqtələrinə aparmağa qadirdir. Peter deyir ki, təmiz havada dənizin  həzin uğultusundan gözəl heç nə ola bilməz.

Baxmayaraq, fırtınalı günlərdə dənizə çıxmağa qorxur, amma Peter deyir ki, onun yaxtası güclü küləklərə və dalğalara da davam gətirə bilər. Şəhər sakinləri DƏ  bu yaxtaya heyran qalıb. Peter deyir ki, xeyli sayda insan bu yaxtada dəniz səyahətinə çıxmaq üçün ona müraciət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh