Bu sürücülər cərimə ediləcək - VİDEO

Yol polisi 11 Aprel 2015 21:48 Oxunub 11295
Bu sürücülər cərimə ediləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin yan şüşələrində jalüzlərin istifadəsinə icazə veriləcək

Mayın 1-dən avtomobillərin arxadakı yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin, yəni arxadakı yan şüşələrin işıq buraxma qabiliyyəti 70 %dən az olmamalıdır. Bakı şəhər Dövlət Yol Polisindən İdarəsindən isə də bildirdilər ki, Komitənin bu qərarı avtomobilin salonunda əyləşən insanların üzünə günəş şüalarının düşməməsi üçündür. Amma sürücülər bu qaydalara indi yox, vaxtına əməl etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyir ki, bu qərarı bəzi insanlar ola bilsin ki düzgün başa düşməsin. Sürücülər bilməlidirlər ki, avtomobilin küləyə qarşı olan hissəsinə, yan şüşüələrə plyonka və pərdə çəkmək olmaz. Bu zaman sürücülər inzibati qaydada 150 manatdək cərimə olunacaqlar.

Qeyd edək ki, bu qərar yəni avtomobillərdə jalüzlərdən istifadə mayın 1-dən noyabrın 15-dək qüvvədə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh