DYP rəisi vətəndaş-polis münasibətlərindən danışdı

Yol polisi 11 Aprel 2015 12:27 Oxunub 8221
DYP rəisi vətəndaş-polis münasibətlərindən danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nüşrəvan Səfərov Avropa Oyunları ilə bağlı görüləcək işlərin müzakirəsini təşkil edib

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Avropa Yay Olimpiya Oyunları ərəfəsində polis-vətəndaş münasibətlərinə dair görüş keçirilib. Görüşdə Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov, ilarənin rəhbər şəxsləri, şəxsi heyyət, YPX Alayının əməkdaşları iştirak edib. DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a veridiyi məlumata görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və onun müavini Aydın Bəyişovun da qatıldığı toplantı iki saatadək davam edib. Görüşdə çıxış edən polkovnik Nüşrəvan Səfərov vətəndan-polis münasibətlərində müsbət göstəricilərin əldə edilməsini, eyni zamanda, mövcud nöqsanların aradan qaldırılmasını və bu tipli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Elçin Behbudov isə rəhbərlik etdiyi Komitəyə daxil olan şikayətlərdən, polis-vətəndaş münasibətlərindəki nöqsanlardan danışaraq bu nöqsanların aradan qaldırılması və həlli yolları barədə məlumat verib.

Görüşdə Avropa Yay Olimpiya Oyunları ilə bağlı nə kimi işlərin görüləcəyi barədə məlumatlar verilib, idarənin şəxsi heyətini maraqlandıran suallar cavablandırılıb və tövsiyyələr verilib. Eyni zamanda səslənən iradlarla bağlı da müzakirələr aparılaraq həlli yolları göstərilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh