İki yük avtomobili toqquşub aşdı

Qəzalar 25 May 2014 23:46 Oxunub 1639
İki yük avtomobili toqquşub aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlar yolda təmir-bərpa işləri aparılan ərazidə aşıb

Göyçay rayonunda iki yük maşını toqquşub.APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Belə ki, 90-NA-220 dövlət nömrə nişanlı “HOVA” və 10-XX-264 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. Maşınlar yolda təmir-bərpa işləri aparılan ərazidə aşıb. Sürücülərdən biri, 1957-ci il təvəllüdlü Yusifov Mehman Əyyub oğlu müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh