100 gündə 5400 km yol qaçdı - VİDEO

Maraqlı 13 Aprel 2015 13:42 Oxunub 1635
100 gündə 5400 km yol qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daren Vendel 100 gündə 100 marafon yürüşü gerçəkləşdirməklə inanılmazı reallaşdırıb

Avtosfer.az atv.az-a istinadən xəbər verirk i, ABŞ-da bir sakin Efiopiyada olarkən, orda içməli suya həsrət qalan insanların həyat şəraitini öz gözləri ilə görüb. Həmin vaxt o  bu qərara gəlib ki, həmin insanlara kömək edəcək. Bu kömək üçün lazım olan vəsaiti toplamaq məqsədi ilə həmin şəxs 100 gün ərzində nə az, nə çox 5400 kilometr yol qaçıb. Bu  günə azı  50  kilometr qaçmaq deməkdir.

Dünyanın ən dözümlü insanlarından biri olduğunu sübut edən Daren Vendel 100 gündə 100 marafon yürüşü gerçəkləşdirməklə inanılmazı reallaşdırıb.

Yanvarın əvvəlində Kaliforniyanın Santa Monika şəhərindən qaçmağa başlayan bu şəxs hər gün orta hesabla 54 kilometr məsafə qət edə bilib. Yorulmaq bilməyən Daren çətin qaçış marafonunda ayaq üstə qala bilmək üçün hər gün 6-7 min kalorilik yeməklə qidalanmaq məcburiyyətində qalıb. Verdiyi sözün arxasında sonadək duran, bütün ölkə ərazisini sonadək qaçan amerikalı 100 gün ərzində 5472 kilometr məsafə qət edib. 

Kampaniyada toplanan pullarla azı  2500 efiopiyalı içməli su ilə təmin olunacaq. Bu hər nə qədər Daren Vendeli mənəvi baxımdan razı salsa da, onun fiziki istirahətə də ehtiyacı var. Odur ki, amerikalı marafonçu qarşıdan gələn həftələri sadəcə dincəlməklə keçirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh