Təyyarəni gəmi kimi suda üzdürdü – VİDEO

Maraqlı 16 Aprel 2015 14:30 Oxunub 1767
Təyyarəni gəmi kimi suda üzdürdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun hansı əmələ görə hansı cəzanı alacağına məhkəmə, ən yaxşı halda isə aviasiya idarəsi qərar verəcək

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təyyarəni daş kimi suyun səthində süzdürdü. Böyük Britaniyada bir pilot həm bacarığı, həm də məlsuliyyətsizliyi ilə xəbər başlığına çevrilib. Kiçik mühərrikli təyyarəni bir neçə dəfə gölün səthinə endirən, daha sonra yenidən havaya qaldıran pilotun bu bacarığı onu məhkəməlik edib.

Ulsvoter bölgəsində təhlükəli şou göstərməyə qərar verən pilot, öz çıxışı ilə izləyənlərə həyəcanlı anlar yaşadıb.  O ilk dəfə  təyyarəni gölə endirəndə insanlar qəza baş verdiyini düşünsələr də, tezliklə vəziyyətin başqa cür olduğunu anlayıblar. Təyyarə amfibiya olmasa da, adrenalin həvəskarı olan pilot onu gölün səthində qayıq kimi üzdürməyə müvəffəq olub. Üstəgəl o təyyarənin batmasına imkan verməyərək, yenidən havaya qalxa bilib.

Ölkədə rezonans yaradan hadisə əlaqədar qurumları hərəkətə keçirib. Pilotun adı açıqlanmasa da, mülki aviasiya idarəsi bu çılğın təyyarəçi ilə bağlı araşdırmalara başlayıb.  Dövlət mülkünü təhlükəyə atdığı görüntülərdə aydın əks olunan pilotun çıxışını “intihara təşəbbüs” kimi qiymətləndirmək də olar. Hər halda, onun hansı əmələ görə hansı cəzanı alacağına məhkəmə, ən yaxşı halda isə aviasiya idarəsi qərar verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh