Yolda kanalizasiya quyusu bomba kimi partladı - VİDEO

Maraqlı 16 Aprel 2015 14:33 Oxunub 2031
Yolda kanalizasiya quyusu bomba kimi partladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Partlayış o qədər güclü olub ki, onlarla kiloqram ağırlığı olan dəmir qapaq onlarla metr yüksəkliyə uçub

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, kanalizasiya quyusunun partlaması az qala faciəyə səbəb olacaqdı. ABŞ-ın Nyu York şəhərindəki yollardan birində baş verən qəribə olay sakinlərdə ani təşvişə yol açıb. Kanalizasiya quyusunun bomba kimi partlaması əlaqədar qurumları da hərəkətə keçirib.

Partlayış o qədər güclü olub ki, onlarla kiloqram  ağırlığı olan dəmir qapaq onlarla metr yüksəkliyə uçub. Xoşbəxtlikdən metal qapaq yoldakı insalara xəsarət yetirməyib.

Hadisə yerli telekanalın sakinlərdən birindən müsahibə alarkən baş verib. Elə  qəribə olay da həmin çəkiliş qrupunun kamerasından lentə alınıb.  Kanalizasiyanın havaya uçan ağır qapağı  30 metr hündürlükdən avtomobillərdən birinin üstünə düşüb. Maşına ciddi ziyan dəysə də, sürücü bu qəzadan sağ çıxa bilib.

Bomba kimi partlayan quyu, ətrafdakılarda bir anlıq terror aktı şübhəsi yaradıb. Çox keçmədən partlayışın səsini eşidən polislər əraziyə gəlib.  Yolu bağlayan asayiş keşiçiləri  quyunun ağzı bağlandıqdan sonra, partlayışın baş verdiyi ərazidə nəqliyyatın hərəkətini bərpa edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh