Müəlimədən yol polisinə əxlaqsız təklif

Yol polisi 17 Aprel 2015 00:07 Oxunub 3868
Müəlimədən yol polisinə əxlaqsız təklif
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş halda məsuliyyətdən yayınmaq istəyən qadın həbs edilib

ABŞ-ın Florida ştatında məktəblərdən birində riyaziyyat müəlliməsi olan Meri Meloni polisə onun sərxoş halda qəza törətdiyini unutmağı təklif edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, amerikalı müəllimə öz avtomobili ilə yol kənarında dayanan maşını əzib. Sərxoş halda olan müəllimə qəzanın unudulması müqabilində polisə əxlaqsız təklif edib. Meri Meloni polisə əxlaqsız təklif müqabilində azad olmasını təklif edib. Təklif geri çevrildikdə müəllimə qaçmağa çalışıb. Merinin maşınının arxa oturacağında bir neçə boş şərab şüşəsi tapılıb. Polis onu həbs edib və bölməyə aparıb.

İndi müəlliməni sərxoş halda avtomobil idarə etməklə yanaşı, dövlət işçisinin ələ alması cəhdinə görə də ittiham gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh