Nazirlərin 11 milyonluq radarı var – Usubovdan pulların yığılması üçün əmr

Yol polisi 17 Aprel 2015 19:00 Oxunub 4336
Nazirlərin 11 milyonluq radarı var – Usubovdan pulların yığılması üçün əmr
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq bu müraciət müsbət həllini tapıb və radarların ödənilməsinə başlanılıb

Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilir. Hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir. Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir.

Nazirə verilən bu informasiya onu narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib. 

Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin. 

Deyilənə görə, artıq bu müraciət özünün müsbət həllini tapıb və radarların ödənilməsinə başlanılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh