Sürücülərə hava xəbərdarlığı; yağış yağacaq, dolu düşəcək

Gündəm 26 May 2014 13:27 Oxunub 1826
Sürücülərə hava xəbərdarlığı; yağış yağacaq, dolu düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın 2-3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Yaxın 2-3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, yaxın 2-3 ərzində respublikanın dağlıq və dağətəyi rayonlarında əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz saatların 28-33 dərəcə isti, dağlıq rayonlara 19-24 dərəcə isti olacağı gözlənilir. Yaxın günlərdə Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mayın 27-də gecə, mayın 28-də gecə və səhər saatlarında isə yarımadanın bəzi ərazilərində qısamüddətli zəif yağış yağacağı ehtimalı var. Amma gün ərzində yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu gündüz saatlarında 25-30 dərəcə intervalında dəyişəcək. Bu da may ayı üçün normal daxilində temperatur rejimi gözlənilir. Belə hava şəraiti meteohəssas insanlar üçün də əlverişlidir. Belə ki, yaxın 2-3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh