Polisi «07»nin kapotunda sürüyüb qaçdılar

Yol polisi 18 Aprel 2015 14:05 Oxunub 2188
Polisi «07»nin kapotunda sürüyüb qaçdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəşadət Əliyev gecə yarısı polisi vuraraq hadisə yerindən uzaqlaşıb

Aprelin 17-də, gecə saat saat 03:10 radələrində Bakının Səbail rayonu, Neftçilər prospekti 165 ünvanda syrücü ilə polis arasında insident yaşanıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Hökumət evinin qarşısında «VAZ-2107» markalı, 10-MT-306 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü, Nəsimi rayonu, Cəbiyev küçəsi, 26, mənzil 30-da yaşayan Əliyev Rəşadət Famil oğlu polisə tabesizlik göstərib. O, idarə etdiyi avtomobillə naməlum səbəbdən xidmətdə olan 30 yaşlı polis əməkdaşı, Səbail RPİ PPXB-nin polis nəfəri, polis serjantı Həziyev Rəşad Fikrət oğlunun üstünə sürərək vurub, kapotun üstündə 10 metr sürüdükdən sonra hadisə yerindən uzaqlaşıb. Rəşad Həziyev xəsarət almayıb. Rəşadət Əliyevin saxlanması istiqamətində işlər aparılır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh