Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisi 19 Aprel 2015 00:19 Oxunub 2019
Yol polisindən sürücülərə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı və…»

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dumanlı hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. V.Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır. Hazırda paytaxtın bəzi ərazisində uzağı görmə məsafəsi cəmi 20-30 metr təşkil edir. Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə olunur.

Qeyd edək ki, son iki gündə Bakıda dumanlı hava şəraiti hökm sürür. Hazırda da paytaxt Bakıda hava dumanlıdır. Sinoptiklər sabah da günün müxtəlif saatlarında havanın dumanlı olacağını proqnozlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh