Kapitan qəza törətdi

Gündəm 26 May 2014 15:43 Oxunub 1855
Kapitan qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ali Hərbi Məktəbinin laboratoriya rəisi maşını maneəyə vurub

Bakıda yüksək vəzifəli hərbçi qəza törədib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin laboratoriya rəisi, kapitan Anar Mehman oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı maneəyə vurub. Nəticədə hərbçi ağır xəsarətlərlə hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh