Bir bitə görə minlərlə dollar ziyana düşdü - VİDEO

Maraqlı 20 Aprel 2015 15:02 Oxunub 1773
Bir bitə görə minlərlə dollar ziyana düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Nyu Yorkda baş verib

Bitə görə yorğan yandırmaq məsəli ABŞ-da gerçək oldu. Nyu Yorkda avtomobilin oturacağı üzərində bitin gəzişdiyini görən Skot Kemeri adlı sakin, biti öldürməyə çalışarkən minlərlə dollar ziyana düşüb. Amerikalının verdiyi  qərar nəticəsində onun avtomobili yolun ortasında alovlara qərq olub. Skot avtomobildəki həşəratları məhv etmək üçün bitlərin üstünə külli miqdarda spirt töküb. Çox keçmədən ürəyi siqaret istəyən amerikalı, alışqanı yandırar yandırmaz bitlərlə yanaşı özünə və avtomobilə də od vurub. Yolun ortasında yanmağa başlayan avtomobil nəqliyyatın hərəkətini iflic edib. Maşın insanların gözü qarşısında yanaraq tanınmaz hala düşüb.

Avtomobildəki yanğın Skot Kemerinin də həyatını təhlükəyə atıb. Birinci və ikinci dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan səhlənkar sürücünün həyati təhlükəsinin olmadığı bildirilir. Onun səbəb olduğu yanğın yaxınlıqdakı daha iki avtomobilə də ziyan vurub.

Yeri gəlmişkən, amerikalıların diqqətini yolun ortasında baş verən qəribə hadisə ilə yanaşı, son vaxtlar Nyu Yorkda bit-birənin artmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh