"Tıxaca düşmüşdüm" sözündən daha yaxşı bəhanə tapıldı - VİDEO

Maraqlı 20 Aprel 2015 15:57 Oxunub 2052
"Tıxaca düşmüşdüm" sözündən daha yaxşı bəhanə tapıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox istifadə olunan təbii ki, “tıxaca düşümüşdüm” ifadəsidir

Avtosfer.az atv-yə istinadən xəbər verir ki, işə gecikənlərin əksəriyyətinin şirkətə girər-girməz “bezdim bu tıxaclardan. Ömrümüz tıxaclarda keçir. Evdən nə qədər tez çıxsam da işə gecikirəm” dediyinin şahidi oluruq.  Bu sözlərdən sonra  “Nəysə, oturum işləyim, onsuzda gecikmişəm” desəniz əmin olun ki müdiriniz deməyə söz tapmayacaq. Tez-tez rast gəlinən bəhanələrdən biri də liftlə bağlıdır. Binamızın lifti xarab oldu, mən də qaldım içində. Ustanın gəlməsi, lifti düzəltməsi bir saatdan çox çəkdi kimi bəhanələrə demək olar ki, hər addımbaşı rast gəlmək mükündür.

İşçilərin ən çox köməyinə gələn bəhanələrdən biridə xəstəliklə bağlıdır. “Səhər durdum, başım fırlandı, ürəyim bulandı, aptekə gedib dərman alıb içdim” kimi bəhanələrdən demək olar ki, hər kəs bir dəfə də olsun istifadə edir.

İşə gecikənlərin gətirdiyi bəhanələr arasında “ayağım metro qapısına ilişib qaldı”, “əslində gecikməmişəm”, “sabaha iş qalmasın deyə, gecə yatmayıb çalışmışam”, “yorğunluqdan oturduğum yerdəcə yuxuya getdim”, “zəngli saatı qurmaq yadımdan çıxdı” kimi sözlər də çoxluq təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh