Dairədəki hərəkətlə bağlı sualın cavabı açıqlandı

Avtobazar 26 May 2014 18:47 Oxunub 2058
Dairədəki hərəkətlə bağlı sualın cavabı açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytında sual-cavab rubrikasının daha bir mərhələsi başa çatıb. Ötən həftə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan daha bir sual təqdim etmişdik. Sual belə idi; şəkildə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan və orada müəyyən qədər hərəkət etdikdən sonra bu yolayrıcından çıxan avtomobil verilib. Bu avtomobilin sürücüsü qeyd edilən dörd vəziyyətin hansında və hansı istiqamətdə dönmə siqnalı verməlidir?

 

Suala oxucularımız tərəfindən verilən cavabları da təqdim edirik.

 

Kama - 1 sağ, 2sol, 3sağ 4 sağnan çıxdun...

Sedaqet - Her birinde yandirilmalidir

Zahir - Bütün vəziyyətlərdə yandırılmalıdır

Kamran - 2 sol terefe, 4 sag terefe

Kamran - 2 ve 4

Emin - 1ci ve 4cu veziyyetde donme siqnalının verilmesine ehtiyac qalmır, cunki surucu daxil oldugu hereket hissəsi uzre hereket etmelidir ve bu halda sekilde de o cur hereket edir. Ancaq 2ci veziyyetde sola ve 3cu veziyyetde saga donme siqnali verilməlidir.

Mahir - 2 ve 3

Erşad Eliyev • Yalniz dörduncu şəkil.sağs.

 

Facebookdan yazılan kommentləri təqdib edirik.

 

Hesen Aliyev  - 1 sol,

Sərdar Nəsirov - 2-də sola,3-sağa

Fariz Xelilov - 2-sol, 3-sağ....

Kamran Eliyarov - 4,2

Rashad Mamedov - 1-sol. 2-sol. 3-sag. 4-sag

Sualın doğru cavabı isə belədir:

“Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Gördüyünüz şəkildə bütün 4  vəziyyətdə sürücü manevr edir: 1-də sağa dönərək dairə boyunca zolaqlara daxil olur; 2-də dairə boyunca soldakı zolağa yerdəyişmə edir; 3-də dairə boyunca sağdakı zolağa yerdəyişmə edir; 4-də sağa dönərək dairəyə birləşən yola çıxır. Deməli, düzgün cavab belə olacaq: sürücü bütün vəziyyətlərdə müvafiq dönmə siqnalı verməlidir: 1-də sağa, 2-də sola, 3-də sağa, 4-də yenə sağa dönmə siqnalı.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sedaqet 10 Noyabr 2014 22:55
duz cavab verdiyime sevindim.