Saatda 603 km sürət yığan qatar - VİDEO

Maraqlı 21 Aprel 2015 18:10 Oxunub 1955
Saatda 603 km sürət yığan qatar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maqnit yastıqlı sürət qatarı saatda 603 km sürətlə hərəkət edib

Yaponiyada maqnit yastıqlı sürət qatarı bu həftə ərzində keçirilən sınaqlarda yeni sürət rekorduna imza atıb. Avtosfer.az anspress-ə məlumatına görə, aparılan sınaqlar nəticəsində qatarın sürəti 2003-cü ildə nail olduğu saatda 581 kilometr sürəti geridə qoyub. Bu dəfə maqnit yastıqlı qatarın sürəti saatda 603 kilometrə çatıb. Sınaq Yamanasi prefekturasında həyata keçirilib. Sınaqlar tam başa çatandan sonra sərnişinlərə dünyanın supersürətli qatarından istifadə etmək imkanı veriləcək. Yaponiya Mərkəzi Dəmiryolu İdarəsi maqnit yastıqlı sürət qatarını 2027-ci ildə istismara buraxmağı planlaşdırır. Paytaxt Tokio ilə Naqoya şəhərləri arasında hərəkət edəcək bu qatar 300 kilometr məsafəni 40 dəqiqəyə qət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh