QHT Şurası qrant müsabiqəsinin nəticələrini elan edib

Gündəm 26 May 2014 23:38 Oxunub 1502
QHT Şurası qrant müsabiqəsinin nəticələrini elan edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azay Quliyev Şura tərəfindən maliyələşdiriləcək layihələrin cəmiyyətə faydalı olacağını vurğulayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin II qrant müsabiqəsi üzrə 3 mövzu təqdim etdiyini deyib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi; Mənəvi və əxlaqi dəyərlərin təbliği; İctimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsidir. Azay Quliyev hər 3 mövzunun aktual olduğunu bildirərək Şura tərəfindən maliyələşdiriləcək layihələrin cəmiyyətə faydalı olacağını vurğulayıb. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin II qrant müsabiqəsi üzrə bir layihə üçün maksimum məbləğin 10 min manat olduğunu bildirərək Şuranın elektron məlumat bazasına 253 layihənin daxil olduğunu qeyd edib. Bunlardan 1 ərizə təkrar göndərilib, 37 ərizə isə ilkin seleksiyadan keçməyib. 215 layihə isə Şuranın elektron resursları tərəfindən qəbul olunaraq ekspertizaya göndərilib. Fərasət Qurbanov seleksiyadan keçməyən layihə sənədlərində dövlət reysterindən çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmaması, büdcənin təlimatda göstərilən qaydada tərtib edilməməsi və ərizəyə əlavə edilən sənədlərdə çatışmazlıqların mövcudluğu kimi qüsurların aşkarlandığını qeyd edib. F.Qurbanov müsabiqə müddətində 100-ə yaxın QHT-yə layihələrin Şuranın elektron bazasına göndərilmə qaydaları haqqında məlumatların verildiyini bildirib. Şura üzvləri Katibliyin arayışını və ekspertlərin rəylərini əsas götürərək maliyyələşdiriləcək layihələrlə bağlı qərar qəbul ediblər. QHT-lərin müsabiqənin nəticələri ilə bağlı 30 may 2014-cü ilədək Şuranın Apelyasiya Komissiyasına müraciət etmək hüquqları var. Müsabiqə qalibləri haqqında Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarından məlumat almaq olar.


Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh