Bakı Dairəvi Yolunda məhdudiyyət

Gündəm 26 May 2014 23:55 Oxunub 1993
Bakı Dairəvi Yolunda məhdudiyyət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun yenidən təmir etdirilməsinə başlanılıb

Bu gündən etibarən Bakı Dairəvi Yolunda maşınların hərəkətinə məhdudiyyət qoyulacaq. Hazırda yolun bir hissəsi təmirə dayanır. ANS TV-nin məlumatına görə, bir neçə gün davam edəcək təmir işlərində məqsəd yolun asfalt örtüyünün yenilənməsidir. Sözügedən magistralda maşınların hərəkət intensivliyi nəzərə alınaraq yolun yenidən təmir etdirilməsinə başlanılıb. Çünki, yolda artıq müəyyən problemlər yaranıb. Yolun üst qatı 4 il bundan əvvəl təmir edildiyindən, artıq yol yararsız vəziyyətə düşüb. İş tam şəkildə başa çatdıqdan sonra, əraziyə yeni asfalt örtüyü salınacaq. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda işlərə başlanılıb. "Təmir işləri həm Lökbatan, həm də Xocahəsən dairələrində davam etdiriləcək”. 

Təmir işləri yolun zəruri hissəsində aparıldığına baxmayaraq, yolun tam olaraq bağlanması nəzərdə tutulmur. Ərazidə təmir-bərpa işlərinin nə vaxt yekunlaşacağı isə dəqiq bilinmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh