Metroda qorxu dolu anlar - VİDEO

Maraqlı 22 Aprel 2015 14:56 Oxunub 2235
Metroda qorxu dolu anlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Braziliya metrosunda insanları dəhşətə gətirən zarafat edilib

Braziliya metrosunda insanları dəhşətə gətirən zarafat edilib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, sərnişinlər başlarına gələcəklərdən xəbərsiz metro qatarına miniblər. Qatar tunelə girdikdən sonra işıqlar yanıb-sönməyə başlayıb. Bu vəziyyətdən narahat olan sərnişinlər ayağa duraraq gəzişməyə başlayıblar. 

Qatar növbəti stansiyaya çatanda isə vəziyyət tamam mürəkkəbləşib. Stansiyada bütün işıqlar yanıb-söndüyü vaxt birdən qatarın içərisində ruh peyda olub. Qadın ruh əlində oyuncaq uşaqla sakitcə sərnişinlərin üzünə baxıb və qəfildən qışqırmağa başlayıb. 

Qapılar bağlı olduğu üçün insanlar çölə də çıxa bilməyiblər və səs-küy salmağa başlayıblar. Özlərini itirən sərnişinlər qapılar açılan kimi arxalarına baxmadan qaçıblar. Bu zarafat sosial şəbəkələrdə böyük marağa səbəb olub və milyon dəfələrlə paylaşılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh