Şahzadədən pilotlara "Bentley" hədiyyəsi

Maraqlı 23 Aprel 2015 13:34 Oxunub 3377
Şahzadədən pilotlara "Bentley" hədiyyəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotların hər birinə 1 milyon dollar dəyərində lüks avtomobil veriləcək

Səudiyyə şahzadəsi Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə edəcək.

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, dünyanın ən zəngin şəxslərindən biri olaraq tanınan Səudiyyə şahzadəsi Əl-Vəlid Bin Talal Yəmən əməliyyatına qatılan pilotların hər birinə 1 milyon dollar dəyərində lüks avtomobil verəcək. 

Twitter-də 300 milyon dollarlıq hissə payı olan və 23 milyard dollarlıq sərvətə sahib olan Talal pilotlara verilməsi üçün 100 "Bentley" sifariş verib. 

Qeyd edək ki, dünyanın ən varlı 16-cı milyonçusu sayılan Talal bundan öncə də anoloji addım atmışdı. Şahzadə Səudiyyə Ərəbistanı millisinin oyunçularına 25 "Bentley" hədiyyə etmişdi. 

Məlumata görə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmanı nəticəsində Yəməndə 1000-dən çox şəxs dünyasını dəyişib, 4 mindən artıq şəxs isə yaralanıb. Bunların əksəriyyəti aralarında uşaq və qadınların da olduğu mülki vətəndaşlardır.

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh