Avtobusların «20 yanvar»da özbaşınalığı; qanunsuz avtovağzal - FOTOLAR

Yazarlar 23 Aprel 2015 19:27 Oxunub 3025
Avtobusların «20 yanvar»da özbaşınalığı; qanunsuz avtovağzal - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«20 yanvar»dan «Memar Əcəmi» istiqamətində gedən küçədə əməlli-başlı «avtovağzal» təşkil olunub

Nəqliyyat sıxlığı ilə xüsusi fərqlənən "20 yanvar" metrosstansiyasından "Memar Əcəmi" metrostansiyası istiqamətində gedən M.Cəfərov küçəsində əməlli-başlı "avtovağzal" təşkil olunub. Avtosfer.az-ın əməkdaşının hadisə yerində çəkdiyi fotolardan aydın görünür ki, bu küçənin təxminən 200-300 metrlik sahəsi avtobuslar tərəfindən zəbt olunub. Yolun səkisini, habelə iki cərgədə hərəkət hissəsini zəbt edən bu avtobuslar hətta əks tərəfdən gələn nəqliyyatın yolunu və ara küçələrin çıxışlarını da bağlayıblar. Göründüyü kimi orada dayanma və durmanı qadağan edən nişanlar da var. Bu, "avtovağzal"ın kim tərəfindən təşkil olunmasına dair sualımıza həmin qoçaq sürücülər, bu təşkilatçıları söyməklə cavab veriblər. Ona görə də bizə də maraqlıdır ki, bu həngaməni yaradaraq həm sürücülər, həm də oradan keçən hər kəs tərəfindən söyülən kimdir? Bu biabırçılığı niyə aradan qaldırmırlar? Axı rəsmi deyilənlərə görə Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobuslar həqiqi avtovağzaldan bəri gəlməməlidilər.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh