Yol təmir edirdilər - Dinozavr yumurtası tapdılar

Maraqlı 24 Aprel 2015 00:52 Oxunub 2549
Yol təmir edirdilər - Dinozavr yumurtası tapdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti işçiləri daşlaşmış 43 dinozavr yumurtası aşkar ediblər

Dünyada ən çox dinozavr yumurtasına malik olması ilə öyünən Çinin Heyuan şəhəri öz kolleksiyasına yeni bir dəst əlavə edib. Avtosfer.az-ın Azərtac-a istinadla bildirir ki, bu ölkənin Guangdong əyalətinin Heyuan şəhərində yol təmiri zamanı tikinti işçiləri daşlaşmış 43 dinozavr yumurtası aşkar ediblər. Özünü “Dinozavrlar şəhəri” adlandıran Heyuan ən böyük dinozavr yumurtalarına görə 2004-cü ildə Ginnesin Rekordlar kitabına düşüb. Şəhər muzeyinin direktor müavini Huanq Ziqinqin sözlərinə görə, daşlaşmış yumurtalar ilk dəfədir ki, səs-küylü şəhər mərkəzində tapılıb. Yumurtaların 19-u tamamilə bütövdür və ən böyüyünün diametri 13 santimetrdir. Çinin “Xinhua” xəbər agentliyinin məlumatına görə, 1996-ci ildən indiyədək şəhərdə 17 minə yaxın dinozavr yumurtası tapılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh